Şimali Xorasanda zəlzələ nəticəsində 2 nəfər dünyasını dəyişib
-
Şimali Xorasanda zəlzələ nəticəsində 2 nəfər dünyasını dəyişib
İranın Şimali Xorasan vilayətində ötən gecə baş verən zəlzələ ilə əlaqədar ilkin məlumatlara görə, azı iki nəfər həlak olub, onlarla nəfər də bədən xəsarəti alıb.
İRİB-in məlumatına görə, Şimali Xorasan valisinin abadlıq məsələləri üzrə müavini Məhəmməd Hüseyn Əliniya ötən gecə vilayətin fövqəladə hallarla əlaqədar koordinasiya qərargahının iclasının kənarında deyib: İlkin məlumatlara görə, Bocnurdun qərbində ötən gecə baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində 2 nəfər dünyasını dəyişib və onlarla nəfər bədən xəsarəti alıb.
Bocnurdun şimal-qərb kəndlərində, xüsusilə də Mane və Səməlqanda yüzlərlə evə xəsarətin dəydiyini deyən Əliniyanın sözlərinə görə, bütün xilasedici dəstələri tam hazır vəziyyətdə hadisə yerindədir.
Şimali Xorasan valisinin müavini əlavə edib: Zəlzələ nəticəsində bəzi kəndlərə 20-70% xəsarət dəyib.
Şənbə günü 22:31 radələrində Bocnurdun qərbində baş verən 5,7 bal gücündə zəlzələdən sonra indiyə qədər bu bölgədə 9 yeraltı təkan qeydə alınıb.