Şimali Xorasanda zəlzələ yaralılarının sayı artıb
https://azeri.sahartv.ir/news/İran-i269124-Şimali_xorasanda_zəlzələ_yaralılarının_sayı_artıb
İranın Şimali Xorasan Tibb Elmləri Universitetinin tibbi hadisələr və təcili yardımlar üzrə mərkəzin direktoru deyib: Ötən gecə bu vilayətdə baş verən zəlzələ yaralılarının sayı 400 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2017 06:38 Asia/Baku
  • Şimali Xorasanda zəlzələ yaralılarının sayı artıb
    Şimali Xorasanda zəlzələ yaralılarının sayı artıb

İranın Şimali Xorasan Tibb Elmləri Universitetinin tibbi hadisələr və təcili yardımlar üzrə mərkəzin direktoru deyib: Ötən gecə bu vilayətdə baş verən zəlzələ yaralılarının sayı 400 nəfərə çatıb.

Ötən gecə Şimali Xorasan vilayətində yerləşən Bocnurdun qərbində 5,7 bal gücündə zəlzələ baş verib. Bu zəlzələdən sonra Şimali Xorasan vilayətində indiyə qədər 25 yeraltı təkan qeydə alınıb. 

İranın Şimali Xorasan Tibb Elmləri Universitetinin tibbi hadisələr və təcili yardımlar üzrə mərkəzin direktoru Təqi Dövlətabadi əlavə edib: Ötən gecə baş verən zəlzələ nəticəsində yaralılardan 223 nəfəri ayaqüstün müalicə olunub və 177 nəfər xəstəxanalarda yatırılıb. 

Dövlətabadi həmçinin deyib: Bu təbii hadisədə iki nəfər dünyasını dəyişib. 

Məlumata görə, Şimali Xorasanda 14 kənd 10-70% dağıntı qeydə alınıb və 11 kəndin qazın kəsilib.