May 16, 2017 13:20 Asia/Baku
  • Xalqın seçkilərdə iştirakı təhdidlərə qarşı önləyici amildir
    Xalqın seçkilərdə iştirakı təhdidlərə qarşı önləyici amildir

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələri dəstək naziri 19 may seçkilərində xalqın geniş iştirakının dünyanın hegemoniya quruluşu qarşısında ən əsas önləyici amil olduğunu bildirib.

İRNA-nın verdiyi məlumata görə, General Mayor Hüseyn Dehqan Müdafiə Nazirliyi işçiləri qarşısında etdiyi çıxışında regiondakı duruma və Amerika, sionist rejim və Səudiyyə Ərəbistanının böhranın davam etdirilməsi məqsədi ilə həyata keçirdikləri təhlükəli məkirli planlara toxunaraq deyib: Qarşıdakı seçkilərdə, vəhdət və milli gücümüzü nümayiş etdirməklə İran bu məkirli planı puça çıxaracaq. 

Teqlər