May 18, 2017 19:12 Asia/Baku
  • Təqlid mərcələri xalqı seçkilərdə şövqlü iştiraka çağırıblar

Təqlid mərcələri vurğulayıblar: Xalq seçkilərdə şövqlü və geniş iştirakla düşmənlərin ümidlərini məyusluğa çevirəcək.

Təqlid mərcələri Nasir Məkarim-Şirazi, Hüseyn Nuri-Həmədani, Abdullah Cəvadi-Amoli və Seyid Mohəmməd Əli Ələvi-Qorqani ayrı-ayrı çıxışlarda İran xalqını 12-ci prezident və 5-ci şəhər və kənd şura seçkiləri, eləcə də İran İslam Şurası Məclisinə ara seçkilərində iştiraka dəvət ediblər.

Ayətullah Nasir Məkarim-Şirazi xalqı İran prezident seçkiləri səhnəsində iştiraka dəvət edərək, vurğulayıb: Layiqli bildiyiniz namizədə səs verin.

Bu təqlid mərcəyi əlavə edib: Rəqabət atmosferi düşmənə İranda ədavət yaratmaq üçün sui-istifadə fürsəti verməməlidir.

Ayətullah Hüseyn Nuri-Həmədani də vurğulayıb: Seçkilərdə iştirak bir vəzifədir və xalq bu seçkilərdə maksimum iştiraka malik olmalıdır və bilməlidir ki, hər bir səs düşmənlərin vücuduna atılan bir oxdur.

Həmçinin Ayətullah Abdullah Cəvadi-Amoli də bir bəyanatda böyük İran xalqının bütün təbəqələrini seçkilərdə şövqlə, qəhrəmancasına və aqilanə surətdə iştiraka çağırıb.

Ayətullah Seyid Mohəmməd Əli Ələvi-Qorqani də dindarlığı, təqvanı və İslam İnqilabının Böyük Rəhbərinin ardınca getməyi, eləcə də xalq üçün ürəkyanan olmağı seçkilər üçün münasib fərdin xüsusiyyətlərindən adlandırıb.

Ələvi-Qorqani həmçinin vurğulayıb: Prezidentlik üçün layiqli şəxsin seçilməsində gənclərə və işsizlərə işin yaradılmasına diqqət yetirilməlidir.

İranda 12-ci prezident seçkiləri 5-ci şəhər və kənd şura seçkiləri ilə bir vaxtda sabah keçiriləcək.

Teqlər