May 19, 2017 09:04 Asia/Baku
  • İranda prezident seçkiləri başlanıb
    İranda prezident seçkiləri başlanıb

12-ci İran prezident seçkiləri bu gün Tehran vaxtı ilə saat 8:00-dan İranın daxili işlər nazirinin göstərişi ilə başlanıb.

Seyid İbrahim Rəisi Sadati, Həsən Ruhani, Mustaf Ağa Mirsəlim və Mustafa Haşimitəba 12-ci İran prezidentliyinə 4 namizəddir.

Ötən günlərdə Məhəmməd Baqir Qalibaf Seyid İbrahim Rəisi Sadatinin və İshaq Cahangiri Həsən Ruhaninin xeyrinə prezidentliyə namizədlikdən geri çəkiliblər.

İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzlinin dediyinə görə, səsvermə vətəndaşların məntəqələrdə olduğu zamana qədər davam edəcək.

Cümə günü keçirilən seçkilərdə 56 milyon 410 min iranlı səsvermə hüququna malikdir.

İran prezident seçkiləri həmçinin 102 ölkədə 310 səsvermə məntəqəsində keçirilir.

12-ci prezident seçkiləri ilə yanaşı 5-ci şəhər və kənd islam şuraları seçkiləri keçirilir.

Teqlər