Türkmənistan və Qırğızıstan prezidentləri Ruhanini təbrik ediblər
https://azeri.sahartv.ir/news/İran-i270184-türkmənistan_və_qırğızıstan_prezidentləri_ruhanini_təbrik_ediblər
Türkmənistan və Qırğızıstan prezidentləri Qurbanqulu Berdiməhəmmədov və Almazbek Atambayev dünən gecə İranda 12-ci prezident seçkilərində qalib gəlməsi münasibətilə Həsən Ruhanini və İran xalqını təbrik ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2017 03:39 Asia/Baku
  • Türkmənistan və Qırğızıstan prezidentləri Ruhanini təbrik ediblər
    Türkmənistan və Qırğızıstan prezidentləri Ruhanini təbrik ediblər

Türkmənistan və Qırğızıstan prezidentləri Qurbanqulu Berdiməhəmmədov və Almazbek Atambayev dünən gecə İranda 12-ci prezident seçkilərində qalib gəlməsi münasibətilə Həsən Ruhanini və İran xalqını təbrik ediblər.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov öz müraciətində qeyd edib ki, iki ölkənin dostluq əlaqələri və əməkdaşlıqları gələcəkdə genişlənəcəkdir.

Qırğızıstan prezidenti Almazbek Atambayev də öz müraciətində Həsən Ruhanini bir daha İran prezidenti seçilməsi münasibətilə tərbik edərək, bildirib ki, Qırğızıstan İranın diqqətəlayiq nailiyyətlər əldə edəcəyinə ümid edir.