May 24, 2017 09:11 Asia/Baku
  • Xürrəmşəhrin azadlığının ildönümü günü

Bu gün çərşənbə 3 xordad, 24 may İranın cənub-qərbində Xürrəmşəhr şəhərinin 1982-ci ildə azad olunmasının ildönümü günüdür.

Bu gün İran İslam Respublikası tarixində Müqavimət, Fədakarlıq və Qələbə Günü adlandırılmışdır.

Müqəddəs Müdafiənin fəxrlə dolu illərində böyük günlər qeydə alınmışdır. Bu günlərin əhəmiyyəti və böyüklüyü yaddaşlara həkk olunmuşdur. İraqın edam olunmuş diktatoru Səddam rejiminin İran əleyhinə 8 illik elan olunmamış müharibəsi dövründə 3 xordad Xürrəmşəhrin azad olunduğu gün də Müqəddəs Müdafiə dövrünün fəxrlərindəndir. 

Xürrəmşəhrin azad olunması qəhrəmanlığı bütün cəhətlərdən, o cümlədən hərbi, qəhrəmanlıq və mədəni baxımdan İran İslam İnqilabı tarixində əsaslı dönüş nöqtəsidir və İran xalqının zülmə qarşı ruhiyyəsi bu gün hər zamankından daha möhkəm və güclüdür. 

3 xordad təkcə Xürrəmşəhrin azad olunması deyil, İslami İranın müdafiəçilərinin təcavüzkar qüvvələr qarşısındakı alqışalayiq müqaviməti və fədakarlığını xatırladır. 

İran və iranlılar bu gün bir daha Xürrəmşəhrin azad olunması xatirəsini yad edir, bu böyük gün üçün məktəblərin zəngi çalınır və İran xalqı bu böyük və tarixdə qeyd olunmuş günü qeyd edir. 

Teqlər