ABŞ senatında İran əleyhinə hərtərəfli sanksiya layihəsi qəbul edilib
May 25, 2017 20:54 Asia/Baku
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri İrana qarşı qeyri-nüvə sanksiyaları layihəsini qəbul ediblər.
ABŞ Konqresinin rəsmi internet səhifəsində yer alan məlumata görə, S_722 adlı layihə ballistik raket proqramını, beynəlxalq terrorizmi himayə və insan haqlarını pozmaq habelə, bir sıra digər məsələləri bəhanə edərək, İrana qarşı yeni sanksiyaları nəzərdə tutur.
"İranın sabitlik əleyhinə yönəlmiş fəaliyyətləri ilə mübarizə qanunu" adlı layihə lehinə 18 səs ilə qəbul edilib. Layihənin əleyhinə sadəcə 4 səs verilib. Bu qanun layihəsi son olaraq təsdiq edilməsi üçün Senatda səsverməyə çıxarılmalıdır.
Tramp və ABŞ Konqresinin üzvləri xüsusi ilə respublikaçılar İran ilə nüvə anlaşmasının əsas müxalifləri sayılırlar.