İran səfiri: Sidney girovgötürmə hadisəsinin qarşısını almaq mümkün idi
İranın Avstraliyadakı səfiri deyib ki, Tehran Sidney girovgötürmə hadisəsindən öncə bu hadisənin amilinin cinayət ittihamları haqda Avstraliyaya xəbərdarlıq etmişdi.
Sidney girovgötürmə hadisəsi 2014-cü ilin noyabrında Harun Munis adlı şəxs tərəfindən törədilmişdi ki, bu da girov götürən şəxsin və daha iki nəfərin ölümü ilə nəticlənmişdi. Sidney girovgötürmə hadisəsi ötən çərşənbə günü bir terror hadisəsi kimi təqdim və Harun Munis müqəssir hesab edildi.
İran rəsmiləri 2000-ci ilin əvvəllərindən İNTERPOL(INTERPOL)-u və Avstraliya hökumətini məlumatlandıraraq, əsl adı Mohəmməd Həsən Mənteqi olan Harun Munisin həbs olunmasını istəyirdilər, amma Avstraliya hökuməti İranda fırıldaqçılıq törədərək, polis tərəfindən təqib olunan Harun Munisin adını təhlükəsizlik orqanlarının nəzarəti altında olan şəxslərin siyahısından çıxardı.
İranın Avstraliyadakı səfiri Əbdolhoseyn Vəhhaci həmin ölkənin SBS telekanalı ilə müsahibədə söyləyib: Əgər Avstraliya Harun Munis barədəki xəbərdarlıqları ciddi saysa və ittihamları ilə bağlı mühakimə edilməsi üçün onun ekstradisiya olunması ilə razılaşsaydı, bu hadisənin qarşısı alınmış olardı.