Zəngənə: İranın neft hasilatı həcmi artacaq
May 26, 2017 12:24 Asia/Baku
-
Zəngənə: İranın neft hasilatı həcmi artacaq
İranın neft naziri deyib ki, İran İslam Respublikası 2017-ci ildə Fransanın Total, Rusiyanın Luk Oyl, Danimarkanın Maersek və İndoneziyanın Petramina şirkətlərilə müqavilələr bağlamaq ardıncadır.
İranın neft naziri Bijən Namdar Zəngənə Röyters ilə müsahibədə deyib: Dünyada neft hasilatı üzrə iri şirkətlərlə müzakirə İranda böyük Cənubi Pars yatağının neft qatları, eləcə də Cənubi Azadeqan, Yadavəran, Qərbi Karun, Mənsuri və Abe Teymur kimi yataqların genişləndirilməsi hədəfilə həyata keçirilir.
Zəngənə əlavə edib: Qarşıdakı beş il ərzində İranın neft hasilatı həcmi beynəlxalq şirkətlərlə yeni neft layihələrinin hesabına, 25 faiz artacaqdır.