Ayətullah Məkarim Şirazi: Bəhreyn başçıları bundan artıq öz köklərini baltalamasınlar
https://azeri.sahartv.ir/news/İran-i270794-ayətullah_məkarim_Şirazi_bəhreyn_başçıları_bundan_artıq_öz_köklərini_baltalamasınlar
Qumda tanınmış təqlid mərcələrindən Ayətullah Nasir Məkarim Şirazi deyib: Bəhreyn başçılarının Ərəbistan və ABŞ başçılarının siyasətlərinə uyması onları Səddam və onun kimilərin taleyinə sürükləmiş olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2017 12:53 Asia/Baku
  • Ayətullah Məkarim Şirazi
    Ayətullah Məkarim Şirazi

Qumda tanınmış təqlid mərcələrindən Ayətullah Nasir Məkarim Şirazi deyib: Bəhreyn başçılarının Ərəbistan və ABŞ başçılarının siyasətlərinə uyması onları Səddam və onun kimilərin taleyinə sürükləmiş olacaq.

İRNA-nın məlumatına görə, Ayətullah Nasir Məkarim Şirazi Bəhreynin təhlükəsizlik qüvvələrinin tanınmış ruhani şeyx İsa Qasımın mənzilinə basqın etmələrini kəskin formada qınayıb və Bəhreyn başçılarına xitabən deyib: Nə qədər ki, gec deyil doğru yola qayıdın və Bəhreyn xalqının qanuni istəklərinə boyun əyin. Bundan artıq öz kökünüzü baltalamayın.