İran on minlərlə oruc fələstinliyə iftar verir
Mübarək ramazan ayının başlanması ilə bir zamanda İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin dəstəyilə mühasirəyə alınmış Qəzzə zolağı məntəqəsində 250 min fələstinli oruca iftarın verilməsi layihəsinin icrasına başlanılıb.
IRNA-nın məlumatına görə, bu layihə mübarək ramazan ayının sonunadək davam edəcək və ona əsasən, hər gün Qəzzə əhalisi arasında 7500 iftar bağlaması paylanacaqdır.
Bu layihə sionist rejimin 2014-cü ildə Qəzzəyə qarşı hücumlarında hədəfə alınaraq, dağıdılmış bu şəhərin şərqindəki Əlşucaiyyə məntəqəsindən başlanıbdır. İranın Qəzzə sakinləri üçün nəzərdə tutulmuş iftar bağlaması düyü, ət, toyuq, balıq, xurma, göyərti və sulara şamil olur. Bu bağlamalar yoxsullar, ehtiyaclılar, sionist rejim məhbəslərindəki fələstinli məhbuslar, yaralılar və şəhid ailələri və ev-eşiklərini itirmiş kəslər arasında paylanacaqdır. Son illərdə bu layihə İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti tərəfindən Qəzzədə icra olunubdur.
Sionist rejim on ilə yaxındır ki, Qəzzə zolağını mühasirəyə alıb və bu məntəqəyə əmtəə mal köçürülməsi çətinliklə həyata keçirilir.