Ruhani: Xalqın möhtəşəm iştirakı inqilab vurğunlarının sevinməsinə səbəb oldu
İran İslam Respublikası prezidenti iranlıların son seçkilərdə aktiv iştirakını İran xalqının islam quruluşunu sevməsinin göstəricisi adlandırıb: Bu aktiv iştirak inqilab vurğunlarının sevinməsi və düşmənlərin ümidsizliyə qapılmasına səbəb oldu.
Prezident Aparatının informasiya portalının məlumatına görə, İran prezidenti Həsən Ruhani çərşənbə axşamı günortadan sonra İranın Ali İnqilab Mədəni Şurasının iclasında deyib: İranın böyük xalqı İslam İnqilabının Böyük Rəhbərinin səsinə səs verərək və səsvermədə aktiv iştirak edərək şou xarakterli hərəkətlərlə İnqilab və İslami İranı zəiflətmək ardınca olan bəzi region ölkələrinin cavabını verdi.
İranın Ali İnqilab Mədəni Şurasının sədri İran xalqının öz yüksək siyasi baxışını bədxahlara nümayiş etdirdiyini deyib: Aktiv, sağlam rəqabətli, eniş-yoxuş və de-stabilliklə dolu regionun göbəyində yüksək təhlükəsizliyə malik seçkilərin keçirilməsi İran İslam Respublikasının böyük fəxridir.
Ruhani əlavə edib: Rəqabətlər bitdikdən sonra hamı yoxsulluğun tam aradan qaldırılması, istehsal və iş yerlərinin yaradılması kimi böyük ortaq məqsədlər üçün bir-birimizin kənarında çalışmalıyıq.