Ruhani öz əfqanıstanlı həmkarına başsağlığı verib
İran prezidenti Əfqanıstan prezidentinə müraciətdə Kabildə baş vermiş son terror hadisəsini və bu zaman məzlum əfqanlıların öldürülmələri və yaralanmalarını pisləyərək, faciə ilə bağlı bu ölkənin dövləti və xalqına başsağlığı verib.
İran prezidenti Həsən Ruhaninin öz əfqanıstanlı həmkarına müraciətində deyilir: Mübarək Ramazan ayında cinayətkar terror hücumlarının həyata keçirilməsi göstərir ki, bu kimi kor-koranə hərəkətlərin himayədarları, göstəriş verənləri və onu yerinə yetirən amillər müqəddəs İslam dinindən və onun insani təlimlərindən heç bir bəhrə almayıblar.
"Bu böyük faciədə qardaş Əfqanıstan xalqı və dövlətinin kənarında durmuşuq" deyən Ruhani əlavə edib: İran terrorizm və ekstremizmin tam məhvinədək öz qətiyyətli mübarizəsini davam etdirəcək.