İran və Rusiya terrorizmlə mübarizəni araşdırıblar
Rusiya prezidentinin xüsusi elçisi Aleksandr Lavrentyev və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Tehranda baş tutan iclasda terrorizmlə mübarizə və Suriya böhranında siyasi proseslər üzrə əməkdaşlıqlar haqda danışıqlar aparıblar.
İRİB-in məlumatına görə, Əli Şəmxani bu görüşdə deyib: Atəşkəs prosesində mülahizələr toplusunu nəzərdə tutmaq və terrorizm cəbhəində Suriya vətəndaşlarının mənafeyini təmin edəcək şəkildə təhlükəsiz zonaların yaradılması məqsədilə Suriyada atəşkəsə zəmanət verən ölkələrin yaxın məsləhətləşməsi zəruri addımdır.
O həmçinin bildirib: Suriyanın tam azad olunması bu ölkənin milli hakimiyyət haqqı çərçivəsində və dövlətin razılığı ilə həyata keçirilməlidir və parçalamaq və silahlı ünsürlərin iştirakını təsbit etmək üzrə istənilən plan gələcəkdə terrorizm təhlükəsinin artması və böhranın davam etməsi ilə nəticələnəcək.
Rusiya prezidentinin xüsusi elçisi Aleksandr Lavrentyev də bu görüşdə Suriyada sülhün yaradılması siyasi prosesində İranın konstruktiv rolunu dəstəkləyərək xatırladıb: İki ölkənin Suriya böhranı məsələlərinin çoxu haqda yekdil rəyi vardır və konstruktiv əməkdaşlıqlar aparmışlar. Bu da region və dünyada stabillik və təhülkəsizliyin bərpa olunmasına böyük kömək olmuşdur.