İyun 07, 2017 18:07 Asia/Baku
  • Tehrandakı terror aktlarına beynəlxalq reaksiyalar

İŞİD teror qruplaşmasının İran parlamenti və İslam Respublikası banisinin məqbərəsinə hücumları müxtəlif ölkələrin rəsmiləri və dövlət başçıları tərəfindən pislənilib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib və Tehranda törədilən terror aktını qınayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov bir bəyanatda bildirib: İŞİD-in üzərinə götürdüyü İrandakı terror aktları terrorçuların dinc durmadığını göstərir.

Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov İŞİD-in hücumlarını pisləyərək bildirib: Bu hadisələr terrorizm əleyinə birlik və islam ölkələrinin birliyinin vacibliyini xatırladır.

Fransa Xarici İşlər Nazirliyi də Tehrandakı teror aktlarını sərt şəkildə qınayıb.

Avropa Parlamentinin sədri Antonio Tacani də Tehranda terror aktları baş verdikdən sonra parlament sədri və İran xalqı ilə həmrəyliyini elan edib.

Fransa Senatının xarici əlaqələr komitəsinin sədr müavini senator Natali Qolt deyib: İŞİD bu hücumları ilə İranda demokratiya simvolu və dövləti hədəf alıb.

Almaniya xarici işlər naziri Ziqmar Qabriel də səudiyyəli həmkarı ilə müştərək mətbuat konfransında Tehrandakı terror aktlarını qınayıb.

Litva Xarici İşlər Nazirliyinin Twitter səhifəsində bir neçə nəfərin şəhid olması və yaralanması ilə nəticələnən Tehran terror aktı ilə əlaqədar İran xalqına başsağlığı verib.

Teqlər