BMT və Avropa Birliyi Tehrandakı terror aktlarını qınayıblar
İyun 07, 2017 18:18 Asia/Baku
BMT-nin baş katibinin İran üzrə koordinatoru və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Tehrandakı terror aktlarını qınayıblar.
BMT baş katibinin İrandakı koordinatoru Qary Levis Twitterdə öz şəxsi səhifəsində Tehrandakı terror aktı qurbanlarının ailələrinə başsağlığı verərək yazıb: Nifrət terrorun mənşəyidir, lakin sonda sülh üçün sevgi və səy qalib gələcək.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini də İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon söhbətində bu terror aktlarını pisləyərək İran İslam Respublikasının dərdinə şərik çıxıb və həmrəyliyini elan edib.