İyun 08, 2017 10:02 Asia/Baku
  • Prezident Həsən Ruhani
    Prezident Həsən Ruhani

İran İslam Respublikası prezidenti terrorizmin əsas məqsədinin insanlıq və bəşər sivilizasiyasının məhvi adlandırıb və deyib: İran xalqı terror, kobudluq və ifratçılıq qarşısında keçmişdə olduğundan daha möhkəm dayanacaq.

İran İslam Respublikası Prezident Administrasiyasının rəsmi internet səhifəsində yer alan məlumata görə, prezident Həsən Ruhani şərşənbə günü axşam mədəniyyət və incəsənət xadimləri ilə birgə iftar ziyafətində terrorizmin dilini güllə və zorakılıq adlandırıb və deyib: Terrorizmin məqsədi insanlıq və inqilabının qələbə çaldığı ilk gündən terrorizmin qurbanına çevrilən bir xalqın sivilizasiyasını məhv etməkdir. 

İran İslam Respublikası prezidenti İslam Respublikasının elə ilk gündən terrorizm ilə mübarizə apardığını və hətta, böyük xalqları onun təhlükəsindən xilas etdiyini deyərək, əlavə edib6 İran xalqı bu gün öz müqavimətinin qarşılığını ödəmiş oldu. 

Ruhani əlavə edib: Əgər İran İslam Respublikası bu gün İmam Xomeyni(r.ə)-in məqbərəsində və Parlament binasında şəhidlər təqdim edirsə, bunun səbəbi İranın zorakılıq deyil, demokratiya və seçki qutularının tərəfdarı olmasıdır. 

İran İslam Respublikası prezidenti həmçinin deyib: Terrorçular bir daha öz dili, mədəniyyəti, incəsənəti və gənclərinin oyanışını müdafiə edən, müqavimət və mübarizə yolunu tanıyan İranın yekdil, qəhrəman və şücaətli xalqı qarşısında uğursuz qalacaqlar. 

Teqlər