Tehran terror hücumu qurbanlarının sayı 16-ya çatdı
https://azeri.sahartv.ir/news/İran-i272244-tehran_terror_hücumu_qurbanlarının_sayı_16_ya_çatdı
İran İslam Respublikası Tibbi Ekspertiza Təşkilatının sədri son terror hücumlarında şəhid olanların sayının 16-ya yüksəldiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 08:22 Asia/Baku
  • Tehran terror hücumu
    Tehran terror hücumu

İran İslam Respublikası Tibbi Ekspertiza Təşkilatının sədri son terror hücumlarında şəhid olanların sayının 16-ya yüksəldiyini bildirib.

Əhməd Şücayi çərşənbə günü Tehranda törədilən terror hücumunda ölənlərin sayının 12 nəfərdən 16 nəfərə yüksəldiyini bildirib. 

Əhməd Şücayi dünən İran İslam Şurası Məclisi və İmam Xomeyni(rə)-in məqbərəsinə edilən hücumlarda həyatını itirənlərin 3-nün qadın, qalanlarının isə kişi olduğunu qeyd edib.