İyun 08, 2017 18:56 Asia/Baku
  • İran və Suriya terrorizm ilə mübarizədə həmrəydir
    İran və Suriya terrorizm ilə mübarizədə həmrəydir

Suriya prezidenti Tehran terror hücumlarına reaksiyada deyib: Suriya və İran terrorizm ilə mübarizədə bir-birinin kənarındadır.

Suriyanın Əl-Əxbariyə telekanalının verdiyi məlumata görə, Suriya prezidenti Bəşşar Əsəd cümə axşamı İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə saxladığı telefon əlaqəsində çərşənbə günü Tehranda törədilən terror hücumlarını qınayıb. 

Bəşşar Əsəd əlavə edib: Terrorçuların bu kimi çirkin rəftarlara üz tutmaları onların İran və bu ölkə xalqına zərbə vurmaqda uğursuz qalmalarının nişanəsidir. 

Suriya prezidenti həmçinin deyib: Terrorçular regiondakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün terror hücumlarına üz tuturlar və bu yolla öz xeyrlərinə siyasi dəyişikliyə nail olmağa çalışırlar.

Bəşşar Əsəd daha sonra Suriya xalqı və dövləti ilə İran xalqı və dövləti arasında tam həmrəyliyin olduğuna təkid edib. 

Tehran 7 iyun 2017-ci il tarixində İmam Xomeyni(rə)-in məqbərəsi və İslam Şurası Məclisinin inzibati binasında terror hücumlarının şahidi olub. Təhlükəsizlik qüvvələrinin səyi ilə bu hücumlar terrorçuların məhvi ilə nəticələndi. Bu terror hücumlarında 17 nəfər həyatını itirib, 43 nəfər isə yaralanıb. 

Teqlər