Borucerdi: Amerika İrana qarşı fitnələrin əsas konstruktorudur
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri son Tehran terror hücumlarına işarə edərək, deyib: Şübhə yoxdur ki, bu fitnələrin əsas konstruktoru cinayətkar Amerikadır.
IRNA-nın məlumatına görə, Əlaəddin Borucerdi Tehranın buhəftəki cümə namazı xütbələrindən öncəki çıxışda deyib: Amerika İran İslam Respublikası ilə nüvə qarşılaşmasında məğlub olduğuna və bu gün İranın bütün bu biliyə malik olmasına görə, əsəbidir.
Borucerdi vurğulayıb: İranın dövləti və xalqı öz etiqadlarına, eləcə də İslam İnqilabının Böyük Rəhbərinin fitvasına görə üzərlərinə öhdəlik götürüblər ki, nüvə biliyi bu ölkədə hərbi istifadəyə malik olmayacaq.
O, İranın Suriya və İraq böhranlarına son qoymaq üzrə yardımlarını ABŞ-ın İrana zərbə vurmaq üzrə fitnələrinin ən mühüm dəlillərindən adlandırıb.
Əlaəddin Borucerdi Tehran terror əməliyyatını şərh edərək, deyib: Terrorçuların əsas hədəfi, məclisin səhnəsinə daxil olaraq, İran İslam Şurası Məclisinin üzvlərini hədəfə almaq olub, amma Sepah qüvvələrinin sayıqlığı ilə bağlı qapılarla üzləşiblər.
Borucerdi sonda söyləyib: Bu cür hücumlar müqəddəs İran İslam Respublikası quruluşunun öz yolunu davam etdirməsinə və İranın böyük xalqının iradəsinə heç bir təsir göstərməyəcək.