Tehran olayları ilə bağlı bir əcnəbi saxlanıldı
İyun 10, 2017 10:25 Asia/Baku
Bir təhlükəsizlik rəsmisi Tehran terror aktları ilə əlaqədar Mahşəhr limanında bir müttəhimin həbs olunduğunu deyib: Müttəhim əcnəbi ölkə vətəndaşıdır.
Əl-Aləm televiziyasının məlumatına görə, təhlükəsizlik rəsmisi əlavə edib: Təhlükəsizlik qüvvələrinin gecə-gündüz səyləri ilə çərşənbə günü Tehran terror aktları ilə əlaqədar bir müttəhim Mahşəhr limanında həbs olunub.
Təhlükəsizlik rəsmisinin sözlərinə görə, bu müttəhim əcnəbi ölkə vətəndaşıdır və terrorçuların ehtiyacları və təchizatlarını təmin edirmiş. Mürəkkəb və hesablanmış əməliyyatda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.