İran İraqın ərazi bütövlüyünü vurğulayıb
-
Bəhram Qasimi
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Vahid, stabil və demokratik İraq bütün etnos və tayfaları ilə ölkə xalqının mənafeyinə zamin olacaq.
İRNA-nın məlumatına görə, İran XİN sözçüsü şənbə günü İraq Kürdüstanının müstəqillik üçün referendum keçirməsinə dair birtərəfli qərarına reaksiyada əlavə edib: İran İslam Respublikasının aydın və prinsipial mövqeyi İraqın ərazi bütövlüyünü dəstəkləməkdir.
Qasimi deyib: İraq Kürdüstanı bu ölkənin bir hissəsidir və İraq və regionun hazırkı mürəkkəb şəraitində birtərəfli və normalar və milli və qanuni çərçivədən, xüsusilə də İraq konstitusiyasından kənar qərarlar və İraqda destabilliyin davam etməsi üçün bədxahların planları sırf bu ölkədə yeni problemlərin yaranması ilə nəticələnir.
İran XİN sözçüsü bildirib: İraq bu gün daha çox milli birlik və stabilliyə ehtiyaclıdır və Ərbilin Bağdadla ixtilafları da danışıqlar, milli anlaşma və İraq Konstitusiyasına əsasən həll oluna bilər.
İraqın kürd partiyaları ötən çərşənbə günü İraq Kürdüstanı İslam Camaatı və Dəyişiklik Partiyasının iştirakı olmadan Kürdüstan bölgəsinin başçısı MƏsud Barzani ilə iclas təşkil edib və bu bölgədə 25 sentyabr 2017-ci ildə referendumun keçirilməsini qərara alıblar.