İyun 11, 2017 15:31 Asia/Baku
  • İraqçi: Dünya terrorizmin mənşəyini bilir
    İraqçi: Dünya terrorizmin mənşəyini bilir

İranın xarici işlər nazirinin beynəlxalq hüquq üzrə müavini deyib: Dünya artıq terrorizmin mənşəyini, regionda terrorçu qrupların yetişdirilməsi yerlərini eləcə də İranın terrorizm ilə necə mübarizə apardığını və bu yolda nəqədər qurbanlar verdiyini başa düşüb.

Abbas İraqçi Amerika rəsmilərinin İranın terrorizmə dəstək verməsinə dair iddialarına və ABŞ senatında İrana qarşı yeni sanksiya layihəsinin qəbul olunmasına toxunaraq deyib: Belə bir layihənin qəbul edilməsi Amerikanın region hadisələrini düzgün başa düşmədiyindən yol verdiyi səhv siyasətlərinin və onun çaş-başlığının göstəricisidir.

İran xarici işlər nazirinin müavini və Əhatəli Müştərək Təşəbbüs Proqramının (ƏMTP)icrasına nəzarət heyətinin iranlı həmsədri ƏMTP komissiyasının iclasının 2017-ci il iyul ayında keçiriləcəyini bildirərək deyib: ABŞ senatının son qərarının mahiyyəti xoşməramlılıq prinsipinə və ƏMTP-nin uğurlu icrasına ziddir. 

Abbas İraqçı ABŞ konqresinin İranı terrorizmi himayə etməkdə pisləməsini Amerika üçün utanc gətirən hərəkət adlandırıb və deyib: 7 iyun Tehranda baş verən terror aktlarına beynəlxalq səviyyədə reaksiyalar göstərdi ki, dünya kimin terrorizmin qurbanı olduğu və kimin terrorizmə dəstək verdiyini başa düşdüyünü göstərdi. 

İranın xarici işlər nazirinin müavini İranın regionda terrorizm ilə güclü mübarizəsini davam etdirəcəyini vurğulayaraq deyib: Bu kimi hərəkətlər hçe vaxt İran xalqının terrorizm ilə mübarizə iradəsinə xələl gətirə bilməyəcək. 

Teqlər