İyun 11, 2017 19:22 Asia/Baku
  • General Baqiri: Terrorçulara unutmayacaqları dərsi verəcəyik
    General Baqiri: Terrorçulara unutmayacaqları dərsi verəcəyik

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: Silahlı qüvvələr və İranın təhlükəsizlik qrumları terrorçulara, onların regiondakı və regiondan kənardakı himayədarlarına unudulmayacaq yeni dərs verəcəklər.

General Məhəmməd Baqiri bu gün Tehranın şəhid Mütəhhəri dini mədrəsəsinin şəhidlərinin anım mərasiminə etdiyi müraciətində deyib: İranın silahlı qüvvələri, təhlükəsizlik qrumları, keçmişdəkindən daha əzmkar şəkildə terrorizmlə əməli qarşılaşmaq strategiyasını gündəmdə saxlayır və islam inqilabı cöğrafiyasında terrorizmin qəti məhvini reallaşdıracaq. 

General Baqiri səudiyyəlilərin son qılınc rəqsində iştirak edənlərə , həmçinin hələ də İran İslam Respublikasının təhlükəsizliyinə qarşı sennarilər planlaşdıranlara xitabən deyib: 7 iyun Tehranda  terror aktlarını törədənlərin  və digər ünsürlərinin taleyindən nəticə çıxarsınlar və bu kimi səhvləri təkrarlamağı ağıllarına belə gətirməsinlər. 

Teqlər