İyun 13, 2017 08:53 Asia/Baku
  • Zərif: İran nüvə anlaşmasına sadiqdir
    Zərif: İran nüvə anlaşmasına sadiqdir

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşdə deyib: İran heç vaxt nüvə anlaşmasını birtərəfli qaydada pozan tərəf olmayacaq.

İRNA-nın verdiyi məlumata görə, bazar ertəsi Osloda baş tutan görüşdə İran xarici işlər naziri deyib: ABŞ-ın nüvə anlaşmasının icrasındakı pozuculuq hərəkətlərinin davam edəcəyi təqdirdə İran yeni və münasib tədbirlərə əl atacaq. 

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini də bu görüşdə Avropa Birliyinin nüvə anlaşmasının icrasında öz öhdəliyinə sadiq olduğunu bildirib. 

Teqlər