İyun 15, 2017 11:55 Asia/Baku
  • İran parlamentindən reaksiya
    İran parlamentindən reaksiya

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sözçüsü deyib: ABŞ senatının İrana qarşı təşəbbüsləri ilə qarşılaşmaq üçün İslami Şura Məclisində bir layihənin ilkin mətni hazırlanıb.

Seyid Hüseyn Nəqəvi Hüseyni bu gün İRNA-ya deyib: İran parlamentinin sədri Milli Təhlüikəsizlik Komisiyasına ABŞ senatının hərəkətlərinə qarşı layihə hazırlanması barədə tapışırıq verib. 

Nəqəvi deyib: İran parlamentinin üzvləri Amerikanın öhdəliklərinə sadiq qalmaması qarşısında münasib tədbirlərdən ibarət olan təşəbbüsləri gündəliyinə qətirmək qərarına gəlib. 

ABŞ senatının xarici əlaqələr komitəsi mayın 25-də "İranın destabilləşdirən təşəbbüslərinə qarşı qanun" adı altında İrana qarşı geniş qeyri-nüvə sanksiaların tətbiq edilməsinə dair layihə qəbul etdi. 

S-722 adlı layihədə İranın ballestik raket proqramı  bəhanə edilir və İranın terror fəaliyyətlərinə dətək verməsi və insan haqlarını pozması iddia edilir. 

Teqlər