"Yarane Cənubi" yatağından neft hasilatı üçün əks-sayılış başlanıb
https://azeri.sahartv.ir/news/İran-i273568-yarane_cənubi_yatağından_neft_hasilatı_üçün_əks_sayılış_başlanıb
İranın Xuzistan vilayətində İraqla müştərək neft yataqlarından olan "Yarane Cənubi" yatağında hasilat tezliklə gündəlik on min barrel tutumla başlanacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2017 08:09 Asia/Baku
  • \
    \"Yarane Cənubi\" yatağından neft hasilatı üçün əks-sayılış başlanıb

İranın Xuzistan vilayətində İraqla müştərək neft yataqlarından olan "Yarane Cənubi" yatağında hasilat tezliklə gündəlik on min barrel tutumla başlanacaq.

IRNA-nın məlumatına görə, İran Neft Mühəndisliyi və İnkişaf Şirkətinin sərəncamçı müdiri Seyid Nurəddin Şəhnazizadə bildirib ki, "Yarane Cənubi" yatağında gündəlik on min barrel tutumla hasilat üçün əks-sayılış başlanıbdır. O, deyib: "Yarane Cənubi" yatağında quyuüstü təsisatların quraşdırılması və lazımi sınaqlar icra olunmaqda idi.

Şəhnazizadə sonra söyləyib: "Yarane Cənubi" yatağında qazılmış 18 quyudan Sarvak qatından seçilmiş altı quyu bu yatağın vaxtından qabaq hasilatı üçün tezliklə istifadəyə veriləcək.