İyun 21, 2017 18:40 Asia/Baku
  • Böyük Təqlid Mərcələri xalqı Qüds Günü yürüşlərində iştiraka dəvət etdilər

Qumda olan böyük təqlid mərcələri ayrı-ayrılıqda müraciətlər edərək, hər bir vətəndaşı Ümumdünya Qüds Günü yürüşlərində iştiraka səsləyiblər.

Ramazan ayının sonuncu cümə günü İran İslam Respublikasının banisi İmam Xomeyni(rə) tərəfindən Ümumdünya Qüds Günü elan edilib ki, dünya müsəlmanları sionist rejimni irqçi siyasətlərinə qarşı öz qəzəb və etirazını bəyan edə bilsin.

Ayətullah Məkarim Şirazi çərşənbə günü İslam Dünyasının hazırkı həssas şəraitinə işarə edib və deyib: Müsəlmanların Ümumdünya Qüds Günü yürüşündə əzəmətli iştirakı Qüdsü işğal etmiş rejimin daha artıq təcrid olmasına səbəb olacaq.

Ayətullah Hüseyn Nuri Həmədani də bir müraciətdə İran xalqı və dünya azadələrinin Qüds Günü yürüşündə iştirakına təkid edib və deyib: Sionist rejimin var olduğu zamana kimi regionda sakitlik olmayacaq.

Ayətullah Cəfər Sübhani də işğal altında olan Fələstin torpaqlarının azad edilməsinin müsəlmanlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə ehtiyaclı olduğunu bildirib və deyib: Bütün müsəlmanlar Ramazan ayının sonuncu cümə günündə Qüds Günü yürüşündə iştirak etməli və işğal edilmiş torpaqların azad edilməsi üçün əl-ələ verməlidirlər.

Ayətullah Məhəmməd Əli Ələvi Qorqani də Qüds Günü ilə bağlı müraciətində bu günü İslam Günü adlandırıb və deyib: Hegemonçuluq quruluşu sionist rejimi müsəlmanlara təzyiq göstərmək üçün yaradıb. Buna görə də İslam Dünyası və İslam Ümməti Qüds Günündə Amerika, İsrail və onların himayədarları əleyhinə fəryad etməlidir.

Teqlər