İyun 22, 2017 11:24 Asia/Baku
  • Əli Əkbər Vilayəti
    Əli Əkbər Vilayəti

İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi Əli Əkbər Vilayəti deyib: Ümumdünya Qüds Günü İslam Ümmətinin zalımlar və cinayətkarlar xüsusi ilə də uşaq qatili olan cinayətkar sionist rejim qarşısında misilsiz birlik və iqtidar simvoludur.

Əli Əkbər Vilayəti çərşənbə günü Qüds Günü münasibəti ilə bir müraciətdə deyib: Sionist rejim ABŞ, Qərb və regionun irticaçı rejimlərinin himayəsi altında öz nəhs planları ilə İslam ölkələrini zəiflətmək və parçalamaq istəyir. Və bu məqsədə çatmaq üçün terrorçu qruplaşmalar yaratmaq və onları İslam Ümmətinə qarşı himayə etməklə İslam-Sionizm mübarizəsini İslam-İslam müstəvisinə sürükləmək və qondarma İsrail rejimi üçün təhlükəsiz şəraitin yaradılmasına nail olmaq istəyirlər. Amma, Qüds Günü göstərəcək ki, İslam Ümməti müsəlmanların ilk qibləsini və Fələstinin məzlum xalqını himayə etməkdə bu xərçəng şişinin tam məhvinə qədər müqavimət göstərəcək. 

Əli Əkbər Vilayəti əlavə edib: Qüds Günü İslam Ümmətinin birlik və zülmə qarşı mübarizəsinin simvoludur və müsəlman xalqlar müqavimət və mübarizə yolu ilə Qüdsü işğal etmiş rejimin cinayətləri qarşısında dayanaraq, geri çəkilməyəcəklər. 

Teqlər