İyun 23, 2017 14:12 Asia/Baku
  • Ümumdünya Qüds günü İİR quruluşuna izzət bəxş edibdir
    Ümumdünya Qüds günü İİR quruluşuna izzət bəxş edibdir

Tehranın cümə namazı xitabətçisi deyib: İran xalqının Ümumdünya Qüds günündə əzəmətli iştirakı İran İslam Respublikası quruluşuna izzət bəxş edibdir.

Ayətullah Seyid Əhməd Xatəmi Tehranın buhəftəki cümə namazı xütbələrində İran xalqının Ümumdünya Qüds günü yürüşündəki əzəmətli iştirakını yüksək dəyərləndirərək, bu iştirakın əsası və həqiqətini İslam dünyasının dünyanın zalım qüvvələri qarşısındakı birliyinin nişanəsi adlandırıb və belə söyləyib: Dünyanın zalım qüvvələrinə və zülmə nifrət İran xalqının Ümumdünya Qüds günü yürüşündəki iştirakının həqiqi amillərindən olub.

Ayətullah Xatəmi sonra zülmün Amerikanın zalım dövlətində özünü qabarıq şəkildə göstərdyini qeyd edərək, bildirib ki, Amerikanın bugünkü zalım dövlətinin pəncəsi Yəmən, Bəhreyn, Suriya və dünyanın digər müsəlman xalqlarının canına keçibdir.

O, həmçinin Amerika və sionist rejimi dünyanın zalım qüvvələrinin simvolu adlandıraraq, deyib: Təəssüflər olsun ki, Ali-Səud rejimi daxil olmaqla regionun bəzi ölkələri bu zalım qüvvələr halqasına qoşulmaq ardıncadırlar.

Tehranın müvəqqəti imamcüməsi iyunun 18-də Sepah tərəfindən İŞİD terror qrupunun Suriyadakı qərargahına qarşı keçirilmiş raket hücumlarına işarə edərək, belə qeyd edib: Bu hücumların Amerikaya, sionist rejimə və onların regiondakı bəzi müttəfiqlərinə mesajı budur ki, İran özünün milli təhlükəsizliyinin təmini məsələsində möhkəm dayanıb və öz prinsiplərindən geri oturmayacaqdır.

Ayətullah Xatəmi ABŞ senatında İrana qarşı yeni sanksiyaların qəbul olunması məsələsinə toxunaraq, söyləyib: İranın raket raket proqramı xətti qüdrətlə davam etdiriləcək və bu məsələ göstərdi ki, demokratlar və respublikaçılar məcmusu İran İslam Respublikası quruluşunun düşmənidir və Amerika dövlətinin əsası etimadolunmazdır.

Teqlər