İran və müqavimət qrupları İsraili dalana dirəyib
İşğal edilmiş Fələstin ərazilərində fəaliyyət göstərən Kəfah Hərəkatının baş katibi İran, Livan Hizbullahı və Fələstinli müqavimət qruplarının qüdrətinin İsrail rejimini çıxılmaz vəziyyətə salıb.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Əmin Əl-Hac Yəhya bu telekanala verdiyi müsahibədə Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın cümə günü etdiyi çıxışa işarə edərək, bu çıxışın ən mühüm müraciətləri barədə deyib: İcazə verin Hertzeliya təhlükəsizlik konfransına işarə etməyimə icazə verin. Həmin konfransda İsrail ordusunun baş qərargah rəisi Hizbullahı İsrail rejiminin varlığı üçün ciddi təhdid adlandırdı. Çünki, O, yaxşı bilir ki, Hizbullah Hayfa və digər məkanlarda İsrailin strateji məkanlarını hədəfə almağa qadirdir. O, həmçinin, İranın hərbi sənayesi barədə də xəbərdarlıq etdi və bunu İsrail üçün strateji təhdid adlandırdı. Bağdaddan Beyruta qədər quru yolunun açılması İsraili nigaran edən digər məsələdir. Bu rejimi narahat edən digər məsələ İranın Suriyanın Deyrəzzur vilayətində İŞİD terrorçularının mövqeyinə raket zərbələri endirməsidir. İranın bu hərəkəti İsrail üçün ciddi mesajlara malikdir və İsrail mediaları da bunu Təl-Əviv üçün son dərəcə narahat edici adlandırıblar. İranın belə bir uzaq məsafədən hədəfə dəqiq formada raket zərbəsi endirməsi İranın siyasi iradəsini və cürətini dəortaya qoymuş oldu ki, bu 3 amil İsraili nigaran edən əsas məsələlərdir.