İyun 26, 2017 10:02 Asia/Baku
  • Prezident Həsən Ruhani
    Prezident Həsən Ruhani

İran İslam Respublikası prezidenti bir müraciətdə səadətli Fitr bayramı münasibəti ilə dünya müsəlmanlarına təbrik edib.

Prezident Həsən Ruhaninin müraciətində deyilir: Müsəlman cəmiyyətlərində,  ixtilafları azaltmaq, islam dünyası coğrafiyasını yoxsulluq, radikallıq, zorakılıq və terrorizm kimi bəlalardan təmizləməkdə Ramazan ayı və Fitr bayramının əzəmətini dərk etmək lazımdır. 

Ruhani bildirib: Hazırkı şəraitdə və müsəlman ümmətin həmrəylik və  dərin dini bağlılıqları möhkəmləndirməyə qadir olması üçün, tam ayıqlıqla düşmənlərin təfriqəçi planları qarşısında dayanmaq, islam təfəkküründə ədalət, ağıl və sülhün təməllərini aydınlatmaq müsəlman mütəfəkkir və alimlərin üzərinə düşən vəzifədir.

İran İslam Respublikası prezidenti həmçinin müsəlman ümmətin Ümumdünya Qüds Günü yürüşlərində geniş iştirakını, regionun məzlum xalqılarının haq olduğunu, Qüdsün azadlığını müdafiə etməsini və təkfirçi terrorizmi pisləməsini yüksək qiymətləndirib. 

Teqlər