İran yunan-roma güləşi üzrə beynəlxalq yarışların qalibi olub
İyul 01, 2017 09:04 Asia/Baku
İranın yunan-roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandası Azərbaycan Respublikasının milli komandasını məğlub edərək, İranın Qum şəhərində keçirilən “İmam Xomeyni(r.ə)-in Yadigarı” kuboku üzrə beynəlxalq yarışların qalibi olub.
Dünən axşamçağı keçirilən bu yarışlarda İranın birinci komandası finalda Azərbaycan Respublikasının milli komandasını 7-3 hesabı ilə məğlub etməyə müvəffəq olub. Türkiyə və Ermənistan yığmaları da müvafiq olaraq, 3-cü və 4-cü olublar.