Ruhani: Ekoloji problemlərin həlli regional həmkarlıq tələb edir
-
Ruhani: Ekoloji problemlərin həlli regional həmkarlıq tələb edir
İran prezidenti ətraf mühitin qorunmasını ardıcıl mühacirətlərin qarşısını almaq, inkişaf və sağlamlıq üçün zəruri adlandırıb və belə deyib: Ekoloji problemlərin həlli regional və beynəlxalq həmkarlıqlara, eləcə də proqramlaşdırma və investisiyaya ehtiyaclıdır.
Həsən Ruhani bu gün Tehranda keçirilən “Toz-torpaqla mübarizə; problemlər və real həll yolları” adlı beynəlxalq konfransda deyib: İrandakı toz-torpaqların səksən faizinin xarici mənşəyi var və İraq, İordaniya, Küveyt, Suriya, Ərəbistan, Pakistan, Əfqanıstan və Türkmənistan regionda toz-torpaq mənşəyidirlər.
Ruhani ölkələrin regionun daha da güclənməsi ardınca olmaları vaciblliyini vurğulayaraq, söyləyib: Regional rəqabətlərdə bir ölkə başqa ölkələr qarşısında öz qüdrətini nümayiş etdirməməli və təfriqə və parçalanmanı artırmamalıdır.
İran prezidenti bildirib ki, region ölkələri bir ailənin üzvləridirlər və bir-birilərindən ayrıla bilməzlər. O, sonra belə qeyd edib: Əgər İŞİD daxil olmaqla terror qrupları İraq və Suriyada günahsız insanları qırmaq, əkin sahələri və binaları dağıtmaqla məşğuldurlarsa, bu vəziyyətdə regionun abad əkin sahələri çöllüyə çevriləcəkdir ki, onun toz-torpağından da region xalqları əziyyət çəkəcəklər.
Ruhani vurğulayıb ki, terrorizm yoluxucu bir mikrob kimi bütün regionu bürüyür. O, əlavə edib: Əgər hər hansı bir ölkə zənn etsə ki, bu fenomen onun regional və beynəlxalq hədəflərinin həyata keçirilməsi üçün bir vasitə ola bilər, bu zaman o tamamilə yanılmış olacaq və terrorizm hamını bürüyəcəkdir və yalnız hamının həmkarlığı ilə bu fenomenin kökü kəsilə bilər.
İran prezidenti problemlərdən çıxış yolunu ölkələrin əlaqələri və əməkdaşlıqlarının genişləndirilməsində görərək, deyib: BMT bu sahədə daha artıq məsuliyyət hissi keçirməli və bu problemin aradan qaldırılması üçün əlindən gələni etməlidir.
Toz-torpaq fenomeni ilə mübarizə üzrə ilk beynəlxalq konfrans bu gün İran prezidenti, BMT nümayəndələri, 43 ölkənin nazirləri və nümayəndələrinin iştirakı ilə Tehranda işə başlayıb. Konfrans çərşənbə gününədək davam edəcəkdir.