İran TeleRadio Təşkilatının sədr müavini: Üç yeni kanal işə salınacaq
İran TeleRadio Təşkilatının sədr müavini husa, fransız və rus dillərində üç yeni sərhədaşırı kanalın işə salınacağından xəbər verib.
İran TeleRadio Təşkilatının sədr müavini Peyman Cebelli bu gün bir mətbuat konfransında bildirib ki, bu müavinlik yaxın gələcəkdə Afrikada və dünyanın müxtəlif məntəqələrində böyük tamaşaçı kütləsinə malik olan husa kanalını işə salacaq. O, deyib: Azəri, kürd və balkan dillərində yayımlanan telekanallar da digər dillərdə olan subtitrlərlə, eləcə də dəri dilində təsvirli kanal tezliklə fəaliyyətə başlayacaq.
Cebelli əlavə edib: “İran Press” adında beynəlxalq təsvirli xəbər agentliyi də sərhədaşırı tamaşaçılara yazılı xəbərlər və xəbər təsvirləri ötürmək məqsədilə tezliklə işə salınacaq.
İran TeleRadio Təşkilatının sədr müavini milli medianın sərhədaşırı kanallarının beynəlxalq səviyyədə qondarma nəhənglərlə rəqabət apardıqlarını bəyan edərək, söyləyib: Bu kanallar beynəlxalq orqanların yaratdıqları məhdudiyyətlərə rəğmən, qüdrətlə regionda və dünyada İran İslam Respublikasının müqəddəs vəzifəsini həyata keçirirlər və beynəlxalq dinləyici və tamaşaçı kütləsini də cəzb ediblər.
Cebelli sonra deyib: İranofobiya və islamofobiya ilə mübarizə, irani-islami həyat tərzinin yayılması, zəngin iranlı mədəniyyətinin ötürülməsi və İslam İnqilabının müraciətinin çatdırılması İranın TeleRadio Təşkilatının sərhədaşırı kanallarında təyin olunmuş ən mühüm hədəflərdəndir.
Cebelli İranın TeleRadio Təşkilatının Sərhədaşırı Müavinliyinin iş prioritetinin xəbərlərin İran sərhədlərindən xaricdə olan dinləyici və tamaşaçılara çatdırılması olduğunu bəyan edərək, deyib: İranın TeleRadio Təşkilatının sərhədaşırı kanalları xüsusən işğal olunmuş Fələstin ərazilərində, Suriyada və İraqda sənədli filmlər hazırlamaqdadırlar.
İran TeleRadio Təşkilatının sədr müavini həmçinin milli medianın sərhədaşırı kanallarının ən mühüm hədəfini sosial şəbəkələrdə fəal iştirak adlandırıb.