Dmitri Medvedyev: Tehran - Moskva əlaqələri böyük inkişafın şahididir
https://azeri.sahartv.ir/news/İran-i275384-dmitri_medvedyev_tehran_moskva_əlaqələri_böyük_inkişafın_şahididir
Rusiyanın baş naziri deyib: Tehran və Moskva ötən illər ərzində ikitərəfli əlaqələrdə ciddi inkişafın şahidi olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2017 15:57 Asia/Baku
  • Dmitri Medvedyev: Tehran - Moskva əlaqələri böyük inkişafın şahididir
    Dmitri Medvedyev: Tehran - Moskva əlaqələri böyük inkişafın şahididir

Rusiyanın baş naziri deyib: Tehran və Moskva ötən illər ərzində ikitərəfli əlaqələrdə ciddi inkişafın şahidi olublar.

İRNA-nın məlumatına görə, Dmitri Medvedyev cümə axşamı İran - Rusiya mədəni-ictimai tədbirində Rusiya Federasiyası Millətlərlə iş üzrə Federal Agentliyinin rəhbəri İroq Barinov tərəfindən qiraət edilən müraciətində deyib: İran və Rusiya ikitərəfli əməkdaşlıqlar üçün bir çox ortaqlıqlara malikdirlər və ötən illərdə bütün sahələr üzrə əlaqələrdə yüksələn xətt üzrə artan əməkdaşlıqların şahidi olublar. 

Medvedyev əlavə edib: Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən İran - Rusiya mədəni - ictimai tədbiri iranlılar və ruslar arasında əlaqələrin daha da möhkəmləndirilməsinə kömək etmiş olacaq. 

Bu tədbir siyasət və gənclər mövzusuna malikdir və xalqlar və dinlər arasında əlaqələr habelə, turizm əməkdaşlıqları sahələrini əhatə edir.