Rusiyanın sülh və dostluq gəmi qrupu Ənzəli limanına yan alıb
https://azeri.sahartv.ir/news/İran-i276052-rusiyanın_sülh_və_dostluq_gəmi_qrupu_Ənzəli_limanına_yan_alıb
Rusiyanın 5-ci sülh və dostluq gəmi qrupu 4 günlük tapşırıq çərçivəsində İranın şimalında Ənzəli limanına yan alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2017 12:33 Asia/Baku
  • Rusiyanın sülh və dostluq gəmi qrupu Ənzəli limanına yan alıb

Rusiyanın 5-ci sülh və dostluq gəmi qrupu 4 günlük tapşırıq çərçivəsində İranın şimalında Ənzəli limanına yan alıb.

İRNA-nın məlumatına görə, Rusiyanın 5-ci sülh və dostluq gəmi qrupunun Ənzəli limanına yan almasının məqsədi Xəzəryanı ölkələr arasında beynəlxalq əməkdaşlıqların möhkəmləndirilməsi elan olunub.

Şimal Dəniz Qoşunları komandanı ilə görüş, İran şəhdlərinin büstünü ziyarət etmək, Ənzəli limanının rəhbərlik korpusu ilə tanış olmaq, Gilan vilayətinin tarixi və turizm obyektləri ilə tanış olmaq bu gəmi qrupunun proqramlarındandır.

İran və Rusiyanın Dəniz Qoşunları Xəzər dənizində ikitərəfli əməkdaşlıqlar çərçivəsində qarşılıqlı gəmi qruplarının iştirakı proqramlarını təşkil edirlər.

Bu, Rusiya gəmi qrupunun İrana beşinci səfəridir.

İndiyə qədər İranın Dəniz Qoşunlarının da beş gəmi qrupu İranın sülh və dostluq müraciətini Xəzəryanı ölkələrə çatdırmaq və bölgədə davamlı təhlükəsizliyin gücləndirilməsi və əlaqələrin möhkəmləndirilməsi üçün ezam olunmuşdur.