İran və Rusiya gəmilərinin müştərək təlimləri keçirilib
https://azeri.sahartv.ir/news/İran-i276410-İran_və_rusiya_gəmilərinin_müştərək_təlimləri_keçirilib
İranın Ənzəli limanına səfərinin 4-cü və sonuncu günündə Rusiyanın dəniz qoşunlarının gəmi qrupu ilə İranın gəmiləri arasında müştərək təlimlər həyata keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2017 10:44 Asia/Baku
  • İran və Rusiya gəmilərinin müştərək təlimləri keçirilib
    İran və Rusiya gəmilərinin müştərək təlimləri keçirilib

İranın Ənzəli limanına səfərinin 4-cü və sonuncu günündə Rusiyanın dəniz qoşunlarının gəmi qrupu ilə İranın gəmiləri arasında müştərək təlimlər həyata keçirilib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın dəniz qoşunlarının beşinci gəmi qrupu dostluq əlaqələrinin möhkəmləndirilməsi və xəzəryanı ölkələr arasında dəniz əməkdaşlıqlarının genişləndirilməsi məqsədi ilə ötən həftə İranın Ənzəli limanına yan aldı və iranlı gəmilərlə birgə təlimlər həyata keçirdi. 

Bu müştərək təlimlərdə İranın Peykan gəmiləri ilə Rusiyanın gəmi qrupu iştirak ediblər. 

İranın şimal gəmi qrupunun komandanı ilə görüş, İran şəhidlərinin abidəsini ziyarət, Ənzəli limanının komandanı ilə görüş, Gilan ostanının tarixi və turizm mərkəzlərini ziyarət Rusiya gəmi qrupunun səfər proqramını təşkil edirdi. 

İran və Rusiyanın dəniz qoşunları Xəzər dənizində iki tərəfli əməkdaşlıqlar çərçivəsində qarşılıqlı səfərlər həyata keçirirlər. 

İranın dəniz qoşunlarının şimal bölməsindən də 5 gəmi qrupu indiyədək xəzəryanı ölkələrinə səfər etmişdir. Bu səfərlərdə məqsəd qarşılıqlı dostluq əlaqələrinin möhkəmləndirilməsi və regionda davamlı təhlükəsizliyin bərqərar edilməsindən ibarətdir.