Dünya ölkələri ilə əlaqə İranın prioritetidir
-
Dünya ölkələri ilə əlaqə İranın prioritetidir
İran İslam Respublikası ordusunun dəniz qoşunlarının şimal bölməsinin komandan əvəzi deyib: Dünya ölkələri xüsusiylə də qonşu ölkələrlə əlaqələr İran üçün prioritet təşkil edir.
General Admiral Əbdülhüseyn Zəfəri bu gün İranın şimalında Ənzəli limanında Rusiyanın 5-ci sülh və dostluq gəmi qrupununu yolasalma mərasimində İRNA-ya verdiyi müsahibədə deyib: Müxtəlif ölkələr o cümlədən İranla dostluq gəmi qruplarının gediş-gəlişində məqsəd dostluq əlaqələrinin genişləndirilməsidir.
Əbdülhüseyn Zəfəri deyib: İran xəzəryanı ölkələrin köməyi və qarşılıqlı əlaqələr yolu ilə iqtisadi fəaliyyətlərin genişləndirilməsi üçün regionda stabil təhlükəsizlik üçün lazımı təməllərin yaradılmasına səy göstərir.
Əbdülhüseyn Zəfəri xəzəryanı ölkələr arasında müştərək əməkdaşlıqların qovuşuq halqalar kimi olduğunu bildirərək deyib: Qonşu ölkələrdə gəmi qruplarının fəaliyyəti regionda davamlı təhlükəsizliyə öz töhfəsini verir.
Rusiya gəmi qrupunun komandanı General Admiral Andrey Dimitriyev də deyib: Bu səfər iki ölkə əlaqələrinin inkişafına və Xəzərdə sülhün bərqərarına öz töhfəsini verir.
Rusiyanın 5-ci dostluq və sülh gəmi qrupu 4 günlük missiyia çərçivəsində iyulun 12-də Ənzəli limanına daxil olmuşdu.