İyul 16, 2017 08:51 Asia/Baku
  • Çin İran mədənlərinə investisiya qoymaq istəyir

Çayna Huadonq şirkətinin Orta şərq üzrə direktoru deyib: Çində bir çox şirkətlər İran mədənlərindən dəmir daşı və konsantre istehsalı üçün investisiya qoymaqda maraqlıdırlar.

İRNA-nın verdiyi məlumata görə, Şilinq Ren İranın İslami Şura Məcsilinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Mürtəza Səffari Nətənzi ilə görüşündə Çinin investisiya şirkətlərinin İranın mədən sektorunda iştirakı qarşısında duran maneələrin müzakirə yolu ilə aradan qaldırılacağına ümidvar olduğunu bildirib. 

Səffari Nətənzi bu görüşdə deyib: İran parlamenti Çin ilə iqtisadi münasibətlərin genişləndirilməsinin tərəfdarıdır və İran parlamentində xarici investisiyaya dəstək qanununun qəbul edilməsi bu istiqamətdə müsbət addım hesab olunur.

Teqlər