İyul 16, 2017 16:52 Asia/Baku
  • İran və İraq əməkdaşlıq sənədi imzalayıblar
    İran və İraq əməkdaşlıq sənədi imzalayıblar

İran və İraq arasında sənaye şəhərciklərinin inşası və iki ölkə sənayesində bərpa əməliyyatları sahəsində əməkdaşlıq sənədi imzalanıb.

İRİB-in verdiyi məlumata görə, memorandum bu gün Tehranda  İranın sənaye, mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə və İraqın Sənaye və Mədən Nazirliyinin rəhbəri Məhəmməd Şia Əssudani tərəfindən imzalanıb. 

İranlı nazir İranın elmi və texniki imkanlarından istifadə edilərək İraqın sənaye şəhərciklərinin bərpasını təklif edib.

Nemətzadə həmçinin ticarət mübadilələrinin genişləndirilməsi üçün İran ilə İraq arasında bank əlaqələrinin yaradılmasını zəruri adlandırıb və İranın İraqın infrasturuktur bölmələrində əməkdaşlığa hazır olduğunu deyib. 

İraqın Sənaye və Mədən nazirliyinin rəhbəri də bu görüşdə iki ölkənin sərhəd zonalarında İran tərəfindən 5 sənaye şəhərciyinin yaradılmasını istəyib və deyib: İraq iki ölkənin özəl sektorları arasında əməkdaşlıqların genişləndirilməsində əzmkardır. 

Məhəmməd Şia Əssudani həmçinin İraqın Rəşid bankının filyalının İranda açılmasını təklif edib. 

Teqlər