İyul 16, 2017 16:53 Asia/Baku
  • Amerika nüvə sazişi barədə çaşbaşdır
    Amerika nüvə sazişi barədə çaşbaşdır

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı(ƏMTP) Amerikanı strateji çaşbaşlığa düçar edib.

Bu gün Məşhəd şəhərində xaricdə yaşayan iranlı universitet müəllimi və tələbələrinin 11-ci qurultayında çıxış edən Əli Əkbər Salihi deyib: Əgər ƏMTP Amerikanın istədiyi kimi olsaydı və İranın nüvə sənayesini dayandırsaydı bu gün ABŞ prezidenti Donald Tramp və sionist rejim bu razılaşmaya görə bu qədər narahat olmazdılar. 

Salihi İranın bu gün ƏMTP xüsusunda təzyiq vasitəsinə malik olduğunu bildirərək deyib: İran 5+1 qrupu ilə nüvə müzakirələrində 6 min sentrifuqanın fəaliyyətini və fəaliyyətdə olan min sentrifuqanın davam etməsini təsbit etdi. 

İranın Atom Enerjisi Təşkilatının sədri deyib: ƏMTP əsasında İran üçün tədqiqat, inkişaf, kəşfiyyat və reaktor hüququ təsbit olunub və İranda iki Atom Elektrik Stansiyası və 100 milyard dollarlıq nüvə layihəsinin müqaviləsi imzalanıb. 

Əli Əkbər Salihi deyib: ƏMTP-dən sonra İranın neft istehsalı gündəlik 1 milyon barreldən 3 milyon 900 min barrelə çatdı, başqa sözlə İranın neft ixracatı 2 milyon 500 min barrel həcmində artırıldı. 

İran və Britaniya, Fransa, Rusiya, Çin, Amerika və Almaniyadan ibarət olan 5+1 qrupu 2015-ci il iyulun 14-də İranın nüvə proqramı barədə Əhatəli Müştərək Təşəbbüs Proqramını imzaladılar. Bu razılaşma 2016-cı il 16 yanvardan icra edilməyə başladı. 

Teqlər