Zərif: Tramp hökumətinin yeni sanksiyaları nüvə anlaşmasının ruhunu pozur
İran İslam Respublikası xarici işlər naziri ABŞ-ın İran əleyhinə yeni sanksiyalarının Əhatəli Müştərək Təşəbbüs Proqramının ruhunu pozduğunu bildirib və deyib: Bu sanksiyalar iki ölkə arasında gərginliyin artması ilə nəticələnəcək.
ABŞ Xəzinədarlıq Nazirliyi çərşənbə axşamı günü Vaşinqtonun İran İslam Respublikası əleyhinə düşmənçilik hərəkətlərinin davamında, 18 iranlı və xarici fiziki və hüquqi şəxsi müxtəlif bəhanələr, o cümlədən İranın raket proqramı ilə əlaqədə olmaq ittihamı ilə sanksiyalar siyahısına əlavə edib.
ABŞ-ın İran vətəndaşları və qurumlarına qarşı yeni sanksiyaları ilə yanaşı qeyd edək ki, bu ölkə prezidenti Donald Tramp bazar ertəsi günü ikinci dəfə olaraq İranın nüvə anlaşmasına sadiq qalmasını təsdiqləyib.
Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü ABŞ-ın CBS televiziyası ilə müsahibədə bildirib: Nüvə anlaşması çoxcəhətli anlaşmadır və bir tərəf təklikdə onu ləğv edə və ya yenidən müzakirəyə çıxara bilməz.