Səyyad-3 raketinin istehsal xətti istifadəyə verilib
İran İslam Respublikası müdafiə nazirinin iştirakı ilə uzaq mənzilli "Səyyad-3" havadan müdafiə raketinin geniş miqdarda istehsalı xətti istifadəyə verilib.
İranlı alimlər və mütəxəssislər tərəfindən layihələşdirilən bu raket növünun istehsal xətti bu gün İranın müdafiə və silahlı qüvvələri dəstək naziri general-mayor Hüseyn Dehqanın, eləcə də İran İslam Respublikası Ordusunun Xatəmül-Ənbiya(s.ə) Havadan Müdafiə Qərargahının komandanı Əmir Fərzad İsmailinin iştirakı ilə istifadəyə verilib və istehsal olan bir neçə raket də ordunun Xatəmül-Ənbiya(s.ə) qərargahına təhvil verilib.
General Hüseyn Dehqan bu mərasimdə etdiyi çıxışında deyib: Müdafiə Nazirliyinin strategiyası yaxın, orta və uzaq məsafələri hədəfə alan havadan müdfiə raketlərinin gücləndirilməsi və müasirləşdirilməsindən ibarətdir və Səyyad-3 raketləri 120 kilometrlik qət etmək qabiliyyətinə malik olaraq orta və uzaq məsafəli hava təhdidləri üçün nəzərdə tutulub.
General Dehqan deyib: Səyyad-3 raketləri dünyanın ən müasir texnologiyasına uyğun hazırlanır və radardan yayınan hərbi təyyarələr, Pilotsuz Uçan Aparatlar, kruz raketləri, vertolyotlar və müxtəlif növlu uçan modern aparatları sürət və yüksəkliyindən asılı olmayaraq hədəfə almaq qabiliyyətinə malikdir.
General Dehqan deyib: İranın Müdafiə Nazirliyi ölkənin müdafiə gücünü artırmaq, müqavimət iqtisadiyyatı istiqamətində hərəkətini davam etdirmək üçün var-gücü ilə irəliləyir və silahlı qüvvələrin hərbi əməliyyat qabiliyyətinin yüksəldilməsi istiqamətində bir an belə dayanmır.