İyul 23, 2017 13:36 Asia/Baku
  • Qum Ruhaniyyət Seminariyası Myanma müsəlmanlarına dəstəyə çağırıb
    Qum Ruhaniyyət Seminariyası Myanma müsəlmanlarına dəstəyə çağırıb

Qum dini elmlər hövzəsinin alimlər cəmiyyəti bir bəyanat yayaraq bildirib: Myanma müsəlmanlarının qətliamı və onlara qarşı rəhimsiz zorakılıqlar insan haqlarını müdafiə iddiaçılarının və beynəlxalq təşkilatların susğunluğu ilə müşayiət olunmaqdadır.

İRNA-nın verdiyi məlumata görə, Qum dini elmlər hövzəsinin alimlər cəmiyyəti bir bəyanat yayaraq Myanma müsəlmanlarına qarşı etnik təmizləmə əməliyyatını pisləyərək bildirib: Dünyanın bütün azadlıqsevər insanları və islam ümməti Myanma müsəlmanlarının məzlumluğunu fəryad etməli və beynəlxalq qurumların susğunluğu nəticəsində bu cinayətlərin gizli qalmasına imkan verməməlidirlər. 

Qum dini elmlər hövzəsinin alimlər cəmiyyətinin bəyanatında deyilir: Beynəlxalq təşkilatlar insan haqlarını müdafiə adını sadəcə daşıyırlar və insanlığa və insan haqlarına qarşı öz cinayətlərini etiraf etməlidirlər. 

Ruhingiya müsəlmanları Myanmanın Raxin vilayətində yaşayırlar. Onlar vətəndaş hüququndan məhrum ediliblər. Minlərlə Ruhingiya müsəlmanı 2016-cı il oktyabr ayında Myanma təhlükəsizlik qüvvələrinin qanlı repressiyalarından canlarını qurtarmaq üçün Banqladeş və digər qonşu ölkələrə məcburi olaraq köçüblər. 

2012-ci ildən bəri ifratçı buddistlərin hücumları nəticəsində yüzlərlə Ruhingiya müsəlmanı öldürülüb, 150 mindən çoxu didərgin düşüb. 

Teqlər