İyul 24, 2017 19:34 Asia/Baku
  • Şəmxani: İran və Əfqanıstanın təhlükəsizliyi bir-birinə düyünlənib.
    Şəmxani: İran və Əfqanıstanın təhlükəsizliyi bir-birinə düyünlənib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əfqanıstan prezidentinin milli təhlükəsizlik müşaviri ilə görüşdə deyib: İki ölkənin təhlükəsizliyi bir-birinə düyünlənib və ayrılmazdır.

İRNA-nın məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bazar ertəsi günü Tehranda Əfqanıstan prezidentinin milli təhlükəsizlik müşaviri Məhəmməd Hənif Ətmərlə görüşüb. 

"Təkfirçi terror qruplaşmalarının formalaşması və böyüməsi ilə mübarizə qonşu ölkələr arasında birgə addımların atılmasına ehtiyaclıdır" -deyə Şəmxani bildirib. 

Regionun bəzi mürtəce ölkələrinin dini məktəblər və ictimai müəssisələr adı altında terrorçu qruplara maliyyə, informasiya və silah cəhətindən də dəstəyinin davam etməsinə toxunan Şəmxani əlavə edib: Bu proses destabilliyin artması, etnoslar və məzhbələrarası çəkişmələrin çoxalması və Əfqanıstan hökumətinin konstuktiv addımlarına zərbənin dəyməsi ilə nəticələnmişdir. 

Şəmxani həmçinin iki ölkə arasında böyük mədəni bağlara və sivilizasiya keçmişinə də münasibət bildirib: Destabilliklə mübarizə üçün məsləhətləşmələr və təcrübə mübadilələrinin aparılması iki ölkə sərhədlərində dinclik və stabilliklə nəticələnəcək və davamlı və birgə mənafedən faydalanmağa şərait yaradacaq. 

Əfqanıstan prezidentinin milli təhlükəsizlik müşaviri Məhəmməd Hənif Ətmər də bu görüşdə Əfqanıstanda milli birlik hökumətinin təşkil olunması istiqamətində İranın konstruktiv əməkdaşlıqlarına toxunub və milli birlik hökumətinin güclənməsi məqsədilə müzakirə yolunun davam etməsini qeyd edib. 

Hənif Ətmər əlavə edib: Əfqanıstan hərbi və təhlükəsizlik qüvvələri mənfur qüvvələr, əsasən də iki ölkənin müştərək sərhədlərində mənfur hərəkətlər və terrorizmin kökünün kəsilməsi üçün təsirli addımlar atıblar. 

Teqlər