Amerikan hərbi gəminin Fars Körfəzindəki təhrikedici hərəkəti zərərsizləşdirilib
Sepah-ın dəniz qoşunlarının üçüncü məntəqəsinin ictimai əlaqələr bölməsi amerikan hərbi gəminin Sepah qüvvələrinin Fars Körfəzindəki patrul gəmisi qarşısındakı təhrikedici hərəkətinin zərərsizləşdirilməsindən xəbər verib.
Sepah-Nyus-un məlumatına görə, bəzi əcnəbi medialar tərəfindən “Amerikan gəminin Fars Körfəzindəki iranlı qayığa tərəf xəbərdarlıq atəşi”nə dair xəbərin yayılmasının ardınca Sepah-ın dəniz qoşunlarının üçüncü məntəqəsinin ictimai əlaqələr bölməsi bir məlumatda bildirib: Çərşənbə axşamı günü səhər bir amerikan hərbi gəmi Fars Körfəzinin şimalında beynəlxalq sularda patrul keçməkdə olan Sepah-ın dəniz qoşunlarının bir patrul gəmisinə tərəf hərəkət etdi və təhrik etmək və qorxu hissi yaratmaq niyyətilə havaya iki güllə atdı.
Bu məlumatda sonra belə əlavə edilir: Sepah-ın dəniz qoşunlarının patrul gəmisi onların qeyri-peşəkar və təhrikedici rəftarına məhəl qoymadan öz tapşırığını yerinə yetirməyi davam etdirdi və qısa müddətdən sonra amerikan gəmi məntəqəni tərk etdi.
İran İslam Respublikası dəfələrlə bildiribdir ki, Hörmüz boğazında və Fars Körfəzində xarici hərbi gəmilərin izlənilməsi İranın haqqıdır və bu gəmilərin İranın dəniz məkanına təcavüz edəcəkləri halda onlarla beynəlxalq qanunlar əsasında rəftar ediləcəkdir.