İyul 27, 2017 10:59 Asia/Baku
  • Borucerdi: Amerika beynəlxalq razılaşmalara hörmət etməlidir
    Borucerdi: Amerika beynəlxalq razılaşmalara hörmət etməlidir

İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: Amerika beynəlxalq razılaşmalar meydanında siyasi etika qaydalarını öyrənməli və ona hörmət etməlidir.

İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Borucerdi bu gün Amerikanın yeni sanksiyaları və İran məclsinin bu istiqamətdəki addımları haqda belə əlavə edib: İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası bu sanksiyalarla mübarizə üçün ilkin layihəni hazırlayıb və bu layihə öz qanuni axarını gedir.

Borucerdi söyləyib: İran məclisi iyulun 29-da fövqəladə bir iclasda məclis üzvlərinin təkliflərini araşdıracaq. Bu təkliflər Amerika konqresinə qətiyyətli cavab istiqamətindədir.

İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri nüvə anlaşmasının istinadgahını BMT Təhlükəsizlik Şurasının qətnamələri adlandırıb və belə vurğulayıb: Amerikada dövlətin dəyişməsilə aylar boyu sıx və sərt müzakirələrdən sonra altı ölkənin iştirakı ilə imzalanmış beynəlxalq bir razılaşma şübhə altına düşməməli və onun maddələri pozulmamalıdır.

Amerika konqresinin nümayəndələr palatası çərşənbə axşamı günü gecə Vaşinqtonun Tehran qarşısındakı ədavətli münasibətinin davamında İrana qarşı əhatəli sanksiyalar layihəsini 419 lehinə səslə qəbul etdi.

Teqlər