İran parlamentində ABŞ-ın düşmənçiliyi ilə mübarizə layihəsinin təsdiqi
ABŞ-ın regionda terror və avantürist hərəkətləri ilə mübarizə layihəsi İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının fövqəladə iclasında təsdiqlənib.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvlərinin şənbə günü fövqəladə iclasında ABŞ-ın regionda terror və avantürist hərəkətləri ilə mübarizə layihəsi araşdırılıb. İclasda İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müabini Seyid Abbas İraqçı da iştirak edib.
ABŞ-ın regionda terror və avantürist hərəkətləri ilə mübarizə layihəsi parlament komissiyasının bütün üzvlərinin lehinə səsi ilə təsdiqlənib.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının üzvləri ehtimal üzrə gələn həftə keçiriləcək növbəti iclasda ABŞ-ın regionda terror və avantürist hərəkətləri ilə mübarizə layihəsinin detallarını araşdıracaqlar.
Bu arada İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Əlaəddin Brucerdi fövqəladə iclasın sonunda bildirib: ABŞ-ın regionda terror və avantürist hərəktələri ilə mübarizə layihəsinin təsdiqlənməsi İslam Şurası Məclisində tam yekdilliyin olduğunu əks etdirir.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Abbas İraqçı da ABŞ-ın İran əleyhinə yeni sanksiyaları haqda jurnalistlərə verdiyi açıqlamada Əhatəli Müştərək Təşəbbüs Proqarmının 26, 27, 28 və 29-cu maddələrinin pozulduğunu bildirib və deyib: İran Konqresin bu qanuna qətiyyətli cavab verəcək.
İraqçı bildirib: İran Xarici İşlər Nazirliyi parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının ABŞ-ın yeni sanksiyaları haqda hazırladığı layihə ilə razılaşır və nüvə anlaşmasına mənfi təsir göstərəcək və İran İslam Respublikasının mənafeyini azaldacaq ABŞ-ın xəbis və düşməçilik hərəkətinə cavab verilməlidir.
ABŞ Nümayəndələr Palatası 25 iyulda İran əleyhinə sanksiyalar paketini 419 lehinə səslə qəbul edib. Senat isə 27 iyulda 98 lehinə səslə bu paketin lehinə səs verib.